Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 6-da davam edəcək.

İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri DTX-nin keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...