Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada azərbaycanlıların da çalışdığı bazar yandı - VİDEO

Moskvada inşaat materialları satılan bazarda güclü yanğın olub.

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mıtışşenski bazarında baş verən yanğın nəticəsində 4 min kv metr ərazi külə dönüb. Ətrafı qatı tüstü dumanı bürüyüb. Bu səbəbdən təhlükəsizlik tədbirləri nəticəsində yaxınlıqdakı ərazilərdən sakinlər təxliyə edilib.

Yanğının anbarlardan başladığı, orada isə odameylli avadanlığın saxlanıldığı ehtimal olunur. Moskva şəhərinin Fövqəladə Hallar üzrə İdarəsi 100 nəfərin ərazidən uzaqlaşdırıldığı barədə məlumat yayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ərazilər üzrə bölünüb. Bölgəyə helikopterlərin də cəlb edildiyi deyilir. Bazarda daha çox postsovet ölkələrindən olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...