1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri - VİDEO
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ARB TV xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlari alıb.
Hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. 90 AF 285 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillə “Lada Largus” markalı minik avtomobili toqquşub. Nəticədə “Azsamand”da olan, Bakı şəhər sakinləri 33 yaşlarında olan İsmayılova Elnurə Mahir qızı, İsmayılova Aynurə Mahir qızı, 32 yaşlı Hüseynov Emil Vaqif oğlu, 28 yaşlı Quliyeva Nərmin Urfan qızı, həmçinin “Lada”da olan Dərbənd şəhər sakinləri – 65 yaşlı Şükürova Firəngiz Ayıbovna və 68 yaşlı Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan digər bir Dərbənd sakini qadın dünyasını dəyişib.
Xəsarət alan Bakı şəhər sakinləri Emil və Aynurə ilkin müalicədən sonra paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 559 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub