Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobusda cibgirlər sərnişini GÖRÜN NƏYƏ GÖRƏ ölümcül bıçaqladılar

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az report-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Camalov Məmməd Ehtiram oğlu 62 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən tanımadığı şəxs ona iki bıçaq zərbəsi vurub.

Belə ki, həmin şəxs avtobusa minərkən iki nəfər şəxs ona yaxınlaşaraq üzərindəki mobil telefonu əldə etmək istəyib. Lakin o, avtobusdan aşağı enərək soyğunçularla əlbəyaxa dava edib. Bu zaman onlardan biri oğlanın hər iki ayaq nahiyəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı avtobusdakı sərnişinlərin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hadisənin baş verdiyi ünvana Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...