Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gədəbəydə kişi arvadının başını kəsdi

Gədəbəydə qətl hadisəsi törədilib. 

Mynews.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F.Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməıiyyat tədbirləri həyata keçirirlər.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Cütlüyün iki azyaşlı övladı var. Qətl hadisəsi M.Muxtarovanın atasının evində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...