Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ev sahibi qonağı döyərək başında külqabı sındırıb

Bakının Sabunçu rayonunun Xəstəxanayanı küçəsində döyülmə hadisəsi baş verib.

Mynews.az report.az-a istinadən bildirir ki, 28 yaşlı Salyan rayon sakini Əhmədov İsmayıl Ələsgər oğlu qeyd edilən ünvanda yaşayan dostu tərəfindən yeyib-içmək məclisinə dəvət edilib.

Məclisin sonunda ev sahibi İ.Əhmədovdan qonaqlığa görə pul istəyib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə ev sahibi qonağı döyərək onun baş nahiyəsində külqabı ilə xəsarət yetirib.

Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...