Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub - FOTO
Şair İslam Səfərlinin və tarix elmləri doktoru Məmmədəli Şəriflinin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində Filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar.
Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub