Evə oğurluğa girən şəxs polisə bıçaq çəkdi
Bakıda axtarışda olan şəxs evdən oğurluq edərkən saxlanılıb.
Mynews.az DİN-ə istinadən xəbər verir ki, gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in "102 Zəng Xidməti Mərkəzi"nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.
Məlumat dərhal aidiyyəti üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.
Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.
İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub