Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xızıda baş verən qəzadan dəhşətli görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda dəhşətli avtomobil qəzası baş verib. Hadisə Xızı rayon Sitalçay deyilən ərazisində qeydə alınıb.

Unikal.org-un əladə etdiyi məlumata görə, belə ki, sürücü 27 yaşlı Zəki Nağıyev idarə etdiyi Mersedes markalı 90 ZX 069 dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və yol kənarındakı maneələrə çırpılıb.

Nəticədə sürücü elə yerindəcə dünyasını dəyişib. Sərnişini isə ağır bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.

Sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədi FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...