Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıb - VİDEO

Daxili işlər orqanlarının əməkdaşları Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin ayrı-ayrı strukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Axundov və Hüseyn Abbasov, Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb. 

Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər. 

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyənləşdirilərək məsuliyyətə cəlb edilib. 

Dəstə üzvü olan K. Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyənləşib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 





 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...