Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü
Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.
Mynews.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli “Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. “Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.
Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 986 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 951 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 941 dəfə oxunub