Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağır yol qəzası baş verib - Tərtərdə - VİDEO

Tərtər Rayonun Mamırlı kəndində iki avtomobilin toqquşması ilə nəticələn yol qəzası baş verib. 
Mynews.az xəbər verir ki, Rayon sakini Arzuman Səfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə Elxan Səmədovun idarə etdiyi "Ford" markalı yük maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü Arzuman Səfərov ağır bədən xəsarətləri alıb.Yaralı ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya  çatırılıb. Qəza zamanı hər iki avtomobil idarə etməni itirərək yoldan çıxıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb vaz markalı minik avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...