Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cahangir Hacıyev şikayətini geri götürdü

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində hökmdən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ali Məhkəmədə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcovla Fəxrəddin Mehtiyevkassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.

Onlar bildirib ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb.

C.Hacıyev də məhkəməyə ərizə göndərərək, vəkilləri ilə razı olduğunu qeyd edib.

Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...