Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Salyanda tələbə mesaj yazıb, özünü öldürdü

Salyan rayonunda intihar hadisəsi baş verib.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış.

O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. O, atasına mesaj olaraq  "Ata, mən getdim" sözlərini yazıb. Bundan sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...