Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncə sakinini öldürən şəxs saxlanıldı

Gəncədə qətl törədən şəxs saxlanılıb.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı verilən məlumatda deyilir ki, oktyabrın 12-də saat 2:00 radələrində şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...