Xarici ölkə vətəndaşının avtomobilini qaçıran dəstə üzvləri saxlanılıb - FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində bir neçə gün əvvəl Sabunçu rayonu ərazisində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) tərəfindən Pakistan vətəndaşı Qulam Murtazaya məxsus içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə alan əvvəllər məhkum olunmuş şəxslər – Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar.
Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus “Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəstənin digər üzvü U.Abışov da saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Qeyd olunub ki, onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ 13-cü Polis Bölməsinə müraciət edə bilərlər.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub