Xəstəxanada polis həkimi döydü - Azərbaycanda şok olay
Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb.
Polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.
Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.
Xəstəxanadan bildirilib ki, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stend qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov şəkərində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.
Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.
Faktla bağlı arşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub