Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göygöldə iki “VAZ” toqquşdu - ər ilə arvad xəsarət aldı

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.azn apa-ya  istinadən verdiyi məlumata görə, hadisə Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ2107” markalı avtomobilin toqquşması nəticəsində kənd sakini, 1954-cü il təvəllüdlü Şəmsəddin Qurbanov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Nafə Abbasova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...