Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək
Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir.
Təklifə əsasən, böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası var.
Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:
- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 572 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 561 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 557 dəfə oxunub