Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suraxanıda orta məktəbdə qan töküldü

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. 

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. 

Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik  məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...