Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda restoranda yeyib-içib aradan çıxdılar - VİDEO

Restoranda doyunca yeyib-içən dostlar, sonda ödəniş etmədən gediblər.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, qəribə hadisə Bakıda, Səbail rayonunda restoranlardan birində baş verib. Restorana gələn 4 tanış və 1 azyaşlı uşaq doyunca yeyib-içdikdən sonra ödəniş etmədən qaçıblar. Restoranda çalışanlar bu şəxslərin özlərini şüphəli aparmadığını, hətta tez-tez adminstratora yaxınlaşaraq qiymətlərlə maraqlandıqlarını bildirir.
2-3 saat restoranda yeyib-içən dostlar, hətta aparmaq için yemək də sifariş veriblər. Sonda çay dəstgahının da dadına baxdıqdan sonra tək-tək aradan çıxıblar.
Bundan sonra işçilər həmin şəxsləri nə qədər axtarsalar da tapa bilməyiblər. Növbəti gün isə restoran rəhbərliyi təhlükəsizlik kamerasının görüntüsü əsasında bu şəxslər barəsində polisə şikayət edib. İndi polis restorana ödəniş etmədən qaçan şəxsləri axtarır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...