Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Salyanda avtomobil iki piyadanı vurdu

Salyan rayonunda avtomobil iki piyadanı vurub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci hadisəni törədən sürücünün xəstəxanaya çatdırdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...