Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səbaildə qan töküldü

Bakıda,  "Qurman" restoranının qarşısında gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şosesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...