3 evə girib oğurluq edən şəxs: "İçkili idim" - VİDEO
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, evin pəncərəsi sıldırılıb, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizoru oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib.
Ruslan Kərimov - Saxlanılan şəxs: "Qapı qıfıllı idi. İçkili idim, evə girib televizoru götürdüm. Aparıb Sabunçu bazarında 130 manata satdım".
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1135 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1043 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 967 dəfə oxunub