Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda güclü yanğın - FHN

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazanın zirzəmisində 15 ədəd karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidə 6 ədəd şam ağacı yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...