Azərbaycanda nişan mərasimində qan töküldü - Kütləvi dava
Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.
Apa xəbər verir ki, hadisə Göyçay şəhərindəki restoranların birində baş verib. Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlü Zülfüqarov Məharət Gülağa oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Bəhdəmirov Aqşin Bəhram oğlu tərəfindən döyülüb.
Küt alətlə başından ağır xəsarət alaraq yerə yıxılan M. Zülfüqarov komaya düşüb və təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən şəxsin nişan mərasimi olan qızın dayısı oğlu olduğu bildirilir. A. Bəhdəmirov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Loading...
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub
loading...