Deputatın yaxın qohumuna qarşı dələduzluq edən şəxsə vaxt verildi
Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə davam edib.
Mynews.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçilən prosesdə zərərçəkmiş Şahin Hüseynovun məhkəməyə gəlmədiyi elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Ş.Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Hakim bildirib ki, zərərin ödənilməsi üçün məhkəmə Ş.Bədəlova iki ay vaxt verib.
Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.
Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev “Azəraqrartikinti” ASC-nin rəhbəridir.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 936 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 584 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 576 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 576 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 573 dəfə oxunub