Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kriminal avtoritet həbsdə öldü

Azərbaycanda məhbus ölüb.

Mynews.az APA-ya istinadla xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.

Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.

Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...