Biləsuvarda əməliyyat: 6 kq narkotik müsadirə edildi
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mercedes” markalı avtomobili saxlayıblar.
Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb. Avtomobili idarə edən və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib.
Ekspertiza bağlamada olan 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub