Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Üçüncü əri döyərək öldürdü - Bakıda azyaşlının gözü qarşısında qətl

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Mynews.az Bakıxanov qəsəbəsi Əlibabayev küçəsi ev 4 mənzil 3-də yaşayan 35 yaşlı Sadıqova Gülnarə Tarıs qızı ilə qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Şaqaliyev Fərhad Cənnət oğlu arasında mübahisə düşüb. Mübahisə zamanı da sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev Gülnarə Sadıqovanı döyərək qətlə yetirib.

Hadisə Gülnarə Sadıqovanın az yaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Fərhad Şaqaliyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib. Araşdırmalar zamanı müəyyən edilib ki, Fərhad Sevincin 3-cü həyat yoldaşıdır.

Faktla əlaqədar cinayət məcəllənin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...