Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qardaşdan bacısına qarşı İYRƏNC ƏMƏL - "Qəlbimə şeytan girdi" - VİDEO

Abşeron rayonunda isə qardaş bacsının evini qarət edib.

Mynews.az milli.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva rayon polis idarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.

Pərvin Haqverdiyev - Saxlanılan şəxs: "Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam".

Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib.

Pərvin Haqverdiyev: "Yeyib içdim. Olanda fəhlə işləyirəm, olmayanda işləmirəm".

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davamç etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...