Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan futbolunda biabırçılıq - Futbolçunu döydülər

AFFA-nın bu gün keçirilən İntizam Komitəsi U-14 Liqasında keçirilən qalmaqallı “İnter” – “Mançester Yunayted” oyununda baş verənləri araşdırıb.

A24.Az xəbər verir ki,  komitə “İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyub.

Buna “Mançester Yunayted”lə qarşılaşma başa çatandan sonra yaşananlar səbəb olub. Belə ki, oyun bitdikdən sonra “İnter”in futbolçuları “Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və iki komanda üzvləri arasında münaqişə yaranıb. İnsident zamanı Əmirhüseynov da diqqət mərkəzinə düşüb. O, “Mançester Yunayted”in oyunçusu Raul Məmmədovu vurub. Məhz uşağa endirdiyi bu zərbə valideynə ömürlük qadağa bahasına başa gəlib.

İntizam Komitəsi hər iki kluba təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparmağı da tapşırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...