Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN Şirvanda qəza nəticəsində ölən jurnalistlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Mynews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də saat 18:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakiniKamil Mirzəyev idarə etdiyi “Otokar” markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən S. Məmmədli jurnalist olub, "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində çalışıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...