Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Borca görə adam bıçaqlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum, 1956-cı il təvəllüdlü Zahid Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə  Z.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Məlum olub ki, Z.Məhərrəmov 2011-ci ildə də adam bıçaqladığı üçün məhkum olunub, 3 il sonra vaxtından əvvəl azadlığa buraxılıb. Bu dəfə isə Elmin Niftiyevi bıçaqlayıb. Onun E.Niftiyevin dostuna borcu olub. Pul qaytarılmadığı üçün tanışlar arasında mübahisə yaranıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...