Sevgilisinin anası ilə yatdı, sonra baltaladı - MƏHKƏMƏ İŞİ
Sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevincinayət işi üzrə məhkəmə iclası davam edib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə noyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Məhkəmənin baxış iclasında Samir bildirib ki, sevdiyi Reyhanın anası ilə məcburən münasibətə girib. Həmçinin qeyd edib ki, Gülnarə Sultanova ilə dəfələrlə cinsi münasibətdə olub.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 953 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 911 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 902 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 901 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 598 dəfə oxunub