Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evləri soyanlar ələ keçdi - VİDEO

Masallıda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb. Onlar evlərdən nəğd pul, qızıl və digər əşyalar aparıblar. Mingəçevirdə isə qızıl mağazası qarət olunub.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Masallıda yaşayış olmayan evlərdən dəfələrlə oğurluqlar edən dəstə saxlanılıb.
Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək vətəndaşa məxsus naməlum şəxslər tərəfindən 3000 manat dəyərində 3 ədəd televizorun oğurlandığını bildirib. Oğruların həmin evdən eyni zamanda qazan dəsti,ətçəkən maşın və digər məişət əşyalarını oğurladığı da məlum olub.Eyni vaxtda yaxınlıqdakı digər bir evdəndə dəyəri bir neçə min manat olan müxtəlif qab-qacaq və yataq dəstlərininin, oğurlandığını bildirib.
Məlum olub ki, onlar Masallı şəhər sakini 31 yaşlı Elmar Xəlilov,36 yaşlı Cavad Mirzəyev və 28 yaşlı Orxan Məmmədovdur.
Onlara qarşı istintaq tədbirləri davam etdirilir. Hər 3 şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
Mingəçevirdə isə qızıl mağazası qarət olunub. 20 yanvar küçəsində yerləşən Adil Yusifova məxsus mağazaya daxil olan şəxs oradan dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyaları aparıb. Satıcının obyekdən çıxdığını görən oğru qapını sındırıraq içəri daxil olub. Çirkin əməlini həyata keçirərək hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat -axtarış tədbirlərinə başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...