Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobil 2 gənci vurdu

Bakıda gənc qızı və oğlanı avtomobil vurub.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, "Elit" Ticarət Mərkəzini tərk edən 1994-cü il təvəllüdlü Abışov Nurlan Sahru oğlu və 1994-cü il təvəllüdlü Səmədova Əsmər İlqar qızı yolu keçmək istəyərkən hər ikisini avtomobil vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...