Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Araz" marketdən şokolad aldı, içindən qurd çıxdı - VİDEO

Vətəndaş "Araz" marketdən şokolad aldı, amma içərisindən qurdlar çıxdı. 

Bu barədə BiG.AZ-a üz tutan, adının açıqlanmasını istəməyən paytaxt sakini "Araz" marketin Şəfayət Mehdiyev küçəsində yerləşən şöbəsindən şokolad alıb, lakin evdə şokoladın qurdlu olduğu ortaya çıxıb. Hətta şokoladı yeyən azyaşlı uşaq yediyini qaytarıb və zəhərlənib. Şokolada baxış zamanı isə onun qurdlu olduğu üzə çıxıb. 

Dərhal sonra aldığı məhsulu çeki ilə birlikdə adıçəkilən mağazaya qaytaran vətəndaş məsələnin ictimailəşməsi üçün redaksiyamıza müraciət edib. 

Problemlə bağlı "Araz" marketin qaynar xəttinin əməkdaşı Tamella xanımın bizə verdiyi məlumata görə, bu barədə şəbəkənin qaynar xəttinə heç bir məlumat daxil olmayıb:

"Bu problemlə bağlı qaynar xəttə heç bir məlumat daxil olmayıb. Ola bilsin ki, vətəndaş mağazaya müraciət edib və biz məlumatsızıq. Əgər vətəndaş məsələnin araşdırılmasını istəyirsə qaynar xəttə müraciət etməlidir".

"Araz" marketdən şokolad aldı, içindən qurd çıxdı - FOTO+VİDEO (YENİLƏNİB)

Supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elvin Babayev isə problemdən xəbərdar olduqlarını, məhsulun vitrindən çıxarılaraq labaratoriya analizinə göndərildiyini bildirib: "Qeyd edilən halla bağlı 29.10.2017-ci il tarixində mağazamıza şikayət daxil olmuşdur. Müştərialdığı şokoladların bəzilərində qurd aşkarladığını bildirmiş və çeki təqdim edərək məhsulu geri qaytarmışdır. Məhsulun keyfiyyətində yaranan problemlə bağlı dərhal tədarükçü şirkətə məlumatverilmiş, məhsul vitrindən yığışdırılmış və labaratoriya analizinə göndərilmişdir.

Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz Araz Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dizinfeksiya edirik. 

Hər-hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...