Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq bağçasına hücum edən direktorun kürəkənidir - FOTOLAR (YENİLƏNDİ)

Uşaq bağçasına silahlı hücum edən şəxsin bağça direktorunun keçmiş kürəkəni olduğu ehtimal edilir.

Ermənistan KİV-inin yazdığına görə, həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş.

Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.

Son məlumatlara görə, girovda qalan uşağa heç bir xəsarət yetirilməyib.

***

Ermənistanda silahlı şəxs uşaq bağçasına hücum edib.

Publika.az xəbər verir ki, bu gün saat 16:20-də bıçaqla silahlanmış naməlum şəxs zorla Armavir şəhərində yerləşən “Manuşak” uşaq bağçasına girib.

Silahlı şəxs bağça işçilərinə hücum edib və uşaqlar da daxil olmaqla binada olan hər kəsi girov götürüb. Daha sonra o, bir uşağı girov saxlamaqla digərlərini buraxıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...