Salyanda qoyun oğruları həbs olundu
Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək, həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.
DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs Salyan RPŞ-yə dəvət edilib.
Neftçala rayon sakini olan Hüseyn Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Polis əməkdaşları tərəfindən onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq, paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında satdığı, əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib.
Görülən tədbirlərlə cinayətin digər iştirakçısı - Həsənqulu Qurbanov da tutulub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 567 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 556 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 553 dəfə oxunub