Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda yol qəzası nəticəsində piyada dünyasını dəyişdi

Abşeron rayonunda yük avtomobili piyadanı vuraraq öldürüb.

Mynews.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib. Belə ki, yük avtomobili yol keçən təxminən 20-25 yaşlı oğlanı vurub. Hadisə zamanı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edərkən avtomobil aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya aparılıb.

Piyada isə hadisə yerində ölüb.

Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...