Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xanım sürücü mühafizəçini ölümcül döydürdü - Bakıda şok olay

Hadisə şahidlərinin verdiyi məlumata görə, dünən saat 16.30 radələrində "Abşeron" mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınıb.

Mynews.az xəbər verir ki, cavan xanım sürücü idarə etdiyi '-- -- 003' dövlət nömrə nişanlı son model 'Range Rover' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara 'AA' dövlət nömrə nişanlı 'Mercedes' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

///criminal.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...