Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbul polisindən Lənkəranskinin qardaşı ilə bağlı daha bir - AÇIQLAMA

Noyabrın 2-də Türkiyədə saxlanılan "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin cinayət işi üzrə ibtidai istintaqın müddəti 14 günə qədər uzadıla bilər.

Mynews.az xəbər verir ki, bu barədə unikal.org-un soruğusuna cavab olaraq İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib.

Vurğulanıb ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan hər hansı bir şəxsin cinayət əməlinin olub-olmaması ilə bağlı istintaq müddəti 7 gündən 14 günə qədər uzadıla bilər. Əgər işi aparan müstəntiqin 7 gün ərzində apardığı istintaq hakimi qane etməzsə, bu müddət daha 7 gün uzadıla bilər.

Saxlanılan Namiq Canıyev və digərlərinin istintaq prosesi sabah yekunlaşır. 

Hazırda Namiq Canıyev və digərləri polis nəzarəti altında saxlanılır. Namiq Canıyev və digərlərinin sağlıq durumu da yaxşıdır.

İdarədən o da deyilib ki, Türkiyə qanunlarına uyğun olaraq Namiq Canıyevlə bağlı daha ətraflı məlumatı vəkili və ailəsinə verə bilərlər.

Xatırladaq ki, həbsdən buraxıldıqdan sonra İstanbula köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev saxlanılıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...