Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənninin evindən 75 minlik oğurluq etdilər

Türkiyənin tanınmış müğənnisi Murat Dalkılıçın evində oğurluq hadisəsi baş verib.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, oğrular evdən 50 min lirə (təxminən 21 985 manat) dəyərində əşya və 25 min lirəlik (təxminən 10 992,5 manat) saat aparıblar.

Müğənni baş vermiş hadisə ilə bağlı polisə müraciət edib.

Digər məşhurların da yaşadığı həmin küçədəki daha 6 evdən də oğurluq edildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...