Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəm qazından öldüyü zənn edilən bacılar qətlə yetirilib

Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib. 
Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının - 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.
Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib. 

İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədililib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...