Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramanada keçmiş məhkum bıçaqlandı

Bakının Sabunçu rayonu ərazisində əvvəllər məhkumluq həyatı yaşamış şəxs söyüş söydüyünə görə boğazından bıçaqlanıb.

Mynews.az "Report"a istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Babayev Nahid Şamil oğlu Ramana qəsəbəsində yerli sakini söyüb.

Nəticədə onların arasında dava düşüb. Bu zaman qarşı tərəf N.Babayevin boğazına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...