"Gördük qaranlıq yerə girir, götürdük" - Qadının çantasını oğurlayan şəxslər saxlanıldı - VİDEO
Paytaxtın Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər də saxlanılıb.
ARB TV xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Samir Quliyev tutularaq istintaqa təqdim olunublar.
Tərlan Abbasov – Saxlanılan şəxs: “Şəhərdə gəzirdik. Getdik dərman almağa. Metronun yanında arvadın dalınca düşdük. Gördük qaranlıq yerə girir, sumkanı dartıb götürdük”.
Samir Quliyev – Saxlanılan şəxs: “Apardığımız çantanı “Vasmoy” bazarında açıb pulu götürdük. Pulu bölüşdürmək istədik. Dedilər ki, bölüşdürməyə bölüşdürək, amma bir daş altda, bir daş üstdə, heç nə də olmayacaq.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət edə bilərlər.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 596 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub