Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda tükürpədici olay - Şagird məktəbin xadiməsini vurub öldürdü

Abşeron rayonunda şagirdin təpik vurması nəticəsində ağır xəsarət alan məktəb xadiməsi vəfat edib. Lent.az xəbər verir ki, təxminən 40 gün əvvəl Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında şagirdlərin davası zamanı onları sakitləşdirməyə çalışan məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərova xəstəxanada vəfat edib.

Məktəbin direktoru Lent.az-a açıqlamasında deyib ki, hadisə dərsdən sonra baş verib: “Bizim məktəbin şagirdi ilə başqa bir yeniyetmə futbol oynayarkən dalaşıblar. Daha sonra onlar küçədə mübahisəni davam etdiriblər. Bu zaman məktəbin iki xadiməsi onları görüb və ayırmağa çalışıb. Bu zaman 9-cu sinifdə oxuyan şagirdin təpiyi Sevda xanımın dalağını zədələyib. Həkimlər dedilər ki, onun dalağında əvvəldən problem olub. Yəni bu hadisənin məktəbə aidiyyatı olmayıb, uşaq da qəsdən belə bir şey etməyib”.

Qeyd edək ki, faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı xəbəri Report yayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...