Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

18 yaşlı xalası qızını qaçırdı, sonra... - Bərdədə QƏRİBƏ OLAY (YENİLƏNDİ)

Bərdə rayonu Şahvəlilər kənd sakini 18 yaşlı Tərgül Əhmədlinin qaçırılmasının təfərrüatı məlum olub.

Mynews.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, qızı evlənmək məqsədilə öz bibisioğlu qaçırıb:

“Onu qaçıran bibisi oğlu başqa kənddə yaşayır. Qızla ailə qurmaq istəyib, ona görə də qaçırıb. Lakin qızın ailəsi buna razı olmayıb. T.Əliyeva ailəsinə qaytarılıb. Hazırda da atasının evindədir”.

***

Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəlilər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...