Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda liftdə dəhşətli ölüm - VİDEO

Bakıda fəhlə faciəli şəkildə ölüb.

APA xəbər verir ki, Yasamal rayonu H.Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...